Media

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Bakı Ağ Şəhər haqda danışdı

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı yekun nitqində inşaat sektorunun vəziyyətindən də danışaraq, Bakı Ağ Şəhər layihəsi barədə də qeyd edib. 

"Biz keçən ay “Ağ şəhər” layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhər içində şəhər yaratmışıq. Dağılmış, neftlə çirklənmiş “Qara şəhər” ərazisində indi ekoloji təmiz, müasir layihə artıq icra edilir. Onun bir hissəsi artıq icra edilib. Növbəti mərhələdə “Ağ şəhər” ərazisində əlavə 60 yaşayış binası da tikiləcək."

Prezident İlham Əliyev qeyd edib ki, Bakı Ağ Şəhər və digər layihələr çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcək. Beləliklə, inşaat sektoru canlanacaq.