Media

Monako İqtisadiyyat Palatasının nümayəndə heyəti Ağ Şəhəri ziyarət etdi

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Monako biznes forumunun iştirakçıları - Monako İqtisadiyyat Palatasının Bakı Ağ Şəhər layihəsini ziyarət etdi.

Qonaqlara layihə üzrə görülən və görüləcək işlər barədə məlumat verildi, Bakı Ağ Şəhər-in dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən ən iri beynəlxalq layihələrdən biri olduğunu qonaqların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılacaqdır. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzləri salınacaqdır. Bakı Ağ Şəhər-də sosial infrastruktur ən müasir tələblər səviyyəsində qurulur.

Ziyarət çərçivəsində hazırlanmış nəzərinizə çatdırırıq.