Media

Bakı Ağ Şəhər unikal piyada körpüsünü layihələndirir

Piyada körpüləri şəhərsalmada mühüm məsələlərin həllini verir və həmçinin şəhər memarlığında estetik rol oynayır. Bakı Ağ Şəhər-də layihələndirilən yeni piyada körpüsü də elə bu iki məqsədi daşıyır. Nobel prospekti üzərindən salınacaq yüksək səviyyəli körpü Ağ Şəhər-in şimal və cənubunu birləşdirəcək və prospektin yeni nişanına çevriləcək.

Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda Baku City Mall alış-veriş mərkəzinin 3-ü mərtəbəsinə və şimalda Fəvvarələr Meydanının mərkəzinə, alt qatı isə Central Plaza ofis binalarının meydanına çıxacaq. Piyadalar həmçinin yaxınlıqda yerləşəcək Ağ Şəhər metrostansiyasına da rahat keçid əldə edəcəklər.

Layihələndirmə Niderlandın aparıcı memarlıq şirkəti UN Studio tərəfindən verilib. 1988-ci ildə təsis edilmiş bu studiya memarlıq, infrastruktura və şəhərsalma sahəsində ABŞ, Niderland, Avstriya, Tayvan və digər ölkələrdə məşhur layihələrin müəllifidir. İlkin mərhələdə UN Studio tərəfindən Londonda Millennium körpüsü, Strasburqda Kehl körpüsü, Kaliforniyada Sundial körpüsü kimi dünyanın ən heyran edici piyada körpüləri araşdırılmışdır, onların tərtibat və tikinti

UN Studio-nun verdiyi unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, küçə mebeli (skamyalar, məhəccər, zibil qutuları), rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir. Körpünün mərkəzində hər iki tərəfdən ucalan və üçbucaq şəklində birləşən dəmir-beton qüllələr nəzərdə tutulub. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini bir gəzintiyə çevirəcək. Bütün bu elementlər körpünü canlı ictimai məkan etmək məqsədi daşıyır.

Ağ Şəhər-in landmarklarından biri sayılan körpü Azərbaycanda bu növ ilk piyada körpüsü olacaqdır.