Media

Prezident İlham Əliyev: "Üzlənmiş binalarda dərhal ekspertiza keçirilsin"

Prezident İlham Əliyev: “Üzlənmiş binalarda dərhal ekspertiza keçirilsin”

 

2015-ci il mayın 19-da Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğının səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezident İlham Əliyev Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam qəbul etmişdir.

20 may tarixində Dövlət Komissiyasının ilk iclası baş tutdu. İclasda yanğının nəticələrinin aradan qaldırılması, eləcə də tikintinin təhlükəsizliyi müzakirə olundu.

Dövlət başçısının göstərişi ilə Bakı şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən bütün buna oxşar materiallarla üzlənmiş binalarda dərhal ekspertiza keçiriləcək. Təhlükəli materialların aşkarlandığı halda üzlük materialları dərhal çıxarılmalıdır.

http://az.apa.az/news/384248