Media

Qara Şəhərin yerində - yeni müasir mərkəz

Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə hazırlanmış layihə paytaxtın yeni müasir mərkəzinə çevrilməlidir 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında fərmanının icrası çərçivəsində, Bakı şəhər İcra Hakimiyyətinin başçısı H. Abutalıbovun 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən, bundan sonra Bakı Ağ Şəhər (Baku White City) adlanacaq Qara Şəhərin bərpa və inkişafı haqqında qərar qəbul edilmişdi. Sahəsi 221 ha olan bu ərazi, şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək və genişləndirərək, yeni bir sima alacaqdır.

Bakı Ağ Şəhər  layihəsinin Baş planı öz sakinlərinə yaşayış, iş, istirahət və əyləncələr üçün ən yaxşı şərait təqdim edəcəyi 10 şəhər tipli universal kvartalın yaradılmasını nəzərdə tutur.

Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, Bakı buxtasının lap mərkəzində yerləşən və paytaxtımızın mirvarisi sayılan Bakı Bulvarının abadlaşdırılması və genişləndirilməsi planlaşdırılır. Bakı əhalisinin ən çox sevdiyi küçələrdən biri olan Neftçilər prospekti isə Yeni Bulvar boyu davam edəcəkdir.

Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaqdır. Belə ki, məsələn, burada Bakı Ağ Şəhər-nin mərkəzi meydanına çıxışı olan  metro stansiyasının inşa olunması, habelə avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi da planlaşdırılır. Habelə, su nəqliyyatından istifadə edilməsi üçün, bütün Bulvar xətti boyu dəniz yolunun salınması da nəzərdə tutulmuşdur.

Bakı Ağ Şəhər-nin  İnfrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanmış və layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş “Azəryolservis”, “Bakelektrikşəbəkə”, “Azəriqaz”, “Aztelekom” və s. kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılmışlar.

Paytaxtımızda yeni müasir mərkəzin yaradılması yerli və əcnəbi sərmayəçilərin cəlb edilməsi üçün əlavə imkanlar da açır. Bu məqsədlə, sərmayəçilər üçün xüsusi şərtlər nəzərdə tutulmuşdur.  

Prezidentin fərmanı çərçivəsində, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, hazırda Bakı Ağ Şəhər-nin ərazisində, çirklənmiş torpaqların təmizlənməsi üçün “Ecol Engineering Services” (SOCAR) tərəfindən xüsusi tədbirlər həyata keçirilir.

Bakı Ağ Şəhər  layihəsi üzərində işləmək üçün, azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan “Atkins” (Böyük Britaniya) şirkətindən əlavə, “Foster + Рartners” və “F+A Architects” kimi məşhur memarlıq firmaları da cəlb edilmişlər.

 

Arayış:

"Atkins" şirkəti memarlıq və mühəndis layihələndirilməsi ilə məşğul olur. 1938-ci ildə təsis olunduğu gündən bu günə kimi şirkət dünyanın 200 ölkəsində yüksək təsir bağışlayan layihələr yaratmış və həyata keçirmişdir. Onun ən məşhur layihəsi - Burj-Al-Arab – Ginnesin rekordlar kitabına daxil edilmiş, dənizdə inşa olunmuş ən hündür oteldir.

Norman Foster “Foster + Рartners” şirkətinin təsisçisi və başçısıdır. 1967-ci ildə əsası qoyulmuş bu şirkət hazırda, 20-dən artıq ölkədə emalatxanalara malik olmaqla, ümumdünya səviyyəsində məşhur praktikaya malikdir. Berlində Reyxstaqın yenidən qurulması, Qonqkoqda Qonqkoq və Şanxay Bankı, Frankfurtda Kommersbank və Saynsberidə, Noric, Təsviri incəsənət mərkəzi kimi rəngarəng layihələri ilə Foster beynəlxalq səviyyədə tanınmışdır. Öz fəaliyyətinə başladığı andan şirkət artıq özünün mahir ustalığına görə 400-dən artıq müxtəlif mükafat və fərmanlar almış və 65-dən artıq beynəlxalq və milli müsabiqələrin qalibi olmuşdur.

1973-cü ildə əsası qoyulmuş  “F+A Architects” Amerika memarlıq bürosu, tikinti işləri aparılmamış ərazilərdə pərakəndə ticarət obyektləri yaratmaqla, habelə ticarət müəssisələrinin yerləşdiyi zəif inkişaf etmiş zonaları yenidən qurmaqla və dirçəltməklə, aparıcı mövqeyə çıxmışdır. “F+A Architects”, həmçinin, kommersiya təyinatlı obyektlərin layihələndirilməsi ilə məşhurdur.